Tramp Dünya Çempionatını "Super Bowl"la müqayisə etdi

Tramp Dünya Çempionatını "Super Bowl"la müqayisə etdi backend

ABŞ prezidenti Donald Tramp futbol üzrə Dünya Çempionatını Amerikan futbolunun ən böyük oyunu olan Super Bowl ilə müqayisə edib.

Qaziler.az bildirir ki, bu barədə onun sözlərini "USA Today" nəşri yayıb.

"Dünya Kuboku tamaşaçı rekordları, televiziya rekordları qırır. Və mən FIFA prezidenti Canni İnfantinonu təbrik etmək istəyirəm. O, çox razıdır, sanki hər gün Super Bowl keçirilir", - Tramp deyib

"Super Bowl" Amerika Birləşmiş Ştatlarında hər il keçirilən Milli Futbol Liqasının (NFL) böyük çempionat oyunudur.

Bu final qarşılaşması ölkədə ilin ən çox izlənilən idman hadisəsidir və idman yarışından əlavə, möhtəşəm musiqili fasilə şouları (Halftime Show) və bahalı reklamları ilə qlobal mədəniyyət fenomeninə çevrilib.

QAZİLER.AZ