Futbolçu Kriştianu Ronaldu 16 yaşı tamam olduğu gün ilk övladı ilə çəkdirdiyi fotonu paylaşıb.
Qaziler.az xəbər verir ki, sevilən futbolçu paylaşımı intaqram hesabında edib.
Portuqaliya millisinin kapitanı paylaşıma "Ad günün mübarək, oğlum! Atan səni sevir", - şərhini verib.
Kiçik Kriştianu atasının izi ilə gedir. O, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbol akademiyasında məşq edir. Çempionun oğlu 2025-ci ilin oktyabrında Portuqaliyanın yeniyetmələrdən ibarət millisində debüt edib. Hücumameyilli yarımmüdafiəçi Türkiyədən olan həmyaşıdlarına qarşı oyunun sonunda əvəzetmədən meydana daxil olub və sahədə düz bir dəqiqə keçirib. Görüş Portuqaliya komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Növbəti gün isə kiçik Kriştianu Uelslə oyunda start heyətində meydana çıxıb və milli komandadakı ilk qolunu vurub.
Ronaldu ilk övladının iki meksikalı qadın sayəsində dünyaya gəldiyini danışıb: onlardan biri yumurtahüceyrə donorluğu edib, digəri isə uşağı dünyaya gətirib.
QAZİLER.AZ



