DÇ-2026: İran millisi futbolçusunu itirə bilər

DÇ-2026: İran millisi futbolçusunu itirə bilər backend

Dünya Çempionatı 2026-da mübarizə aparan İran yığması yeni problemlə üzləşib. Komandanın futbolçusu Mehdi Torabinin ABŞ vizasının müddəti turnirdəki ilk oyundan sonra başa çatıb.

Qaziler.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Xatırladaq ki, İran komandası Meksikanın Tixuana şəhərindədir. Onlar ABŞ-yə yalnız oyunlar keçirmək üçün daxil ola bilirlər və matçlar bitən kimi dərhal ölkəni tərk etmək məcburiyyətindədirlər.

İran Futbol Federasiyasının bəyanatında deyilir: “Mehdi Torabinin vizası yalnız birdəfəlik giriş üçün etibarlı idi. Yeni Zelandiya ilə oyun üçün Los-Ancelesə uçuşdan sonra vizanın qüvvədə olma müddəti bitib”.

Federasiyadan vurğulayıblar ki, vizanın uzadılması və oyunçunun növbəti matçlarda milli komandaya kömək edə bilməsi üçün hazırda lazımi tədbirlər görülür. İranlılar yeni zelandiyalılarla heç-heçə (2:2) oynayıblar. Onlar iyunun 21-də Belçika, iyunun 27-də isə Misir yığması ilə qarşılaşacaqlar.

QAZİLER.AZ