Sadəcə danışıqlar olub. Amma çox ehtimal ki, yeni klub “Qarabağ” olacaq. Axar.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib. Jurnalistlərə geniş müsahibəsində kapitan qeyd edib ki, “Qarabağ”da yaxşı futbolçular yer alıb. Onun sözlərinə görə, Ağdam klubunda əsas heyətə düşmək üçün güclü rəqabət var.
“Əgər “Qarabağ” variantı alınsa, çalışacam özümü sübut edim və əsas heyətə düşə bilim. Dekabrın 30-na qədər “Xəzər Lənkəran”ın futbolçusu hesab edilirəm. Xorvatiyadan təklif almışdım. Amma üstünlüyü Azərbaycanda qalmağa verdim”.Əmirquliyev deyib ki, “Xəzər Lənkəran”nı bu vəziyyətdə qoyub getmək istəməzdi: “Amma belə alındı. Məcbur getməliyəm. Başqa variant yoxdur.