Xilberto Mora dünya çempionatı tarixinin ən gənc futbolçularından biri oldu.
2026-cı il Dünya Kubokunda unikal tarixi nailiyyət qeydə alınıb. Meksikalı gənc yarımmüdafiəçi Xilberto Mora 17 yaş 7 aylığında meydana çıxıb və dünya çempionatı tarixinin ən gənc oyunçularından biri olub.
Qaziler.az bildirir ki, bu barədə nüfuzlu "Transfermarkt" portalının məlumatında deyilir.
2026-cı il Dünya Kubokunda iştirakı sayəsində meksikalı vunderkinq əfsanəvi braziliyalı Pelenin yaşına çatıb.
Futbol kralı ilk Dünya Kubokunda debütünü 1958-ci ildə eyni yaşda - 17 il 7 aylıq ikən edib.
Hazırda Mora ən gənc oyunçuların tarixi reytinqində Pele ilə birlikdə 5-ci və ya 6-cı yeri bölüşür.
Günlər nəzərə alınarsa, meksikalı braziliyalıdan bir qədər geridə qalır. Debüt etdiyi vaxt Moranın yaşı 17 yaş 240 gün idi.
Pelede isə göstərici bir qədər fərqlidi: 17 yaş 234 gün.
QAZİLER.AZ



