Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldunu futbol üzrə dünya çempionatının əsas məyusluğu adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, "FONTOUR" şousunun buraxılışında deyib.
"Dünya çempionatının ən böyük məyusluğu kim olacaq? Kriştianu Ronaldu", — deyə Arşavin bildirib.
41 yaşlı Ronaldu üçün bu dünya çempionatı karyerasında altıncısı olacaq. Qrup mərhələsində Portuqaliya Konqo DR, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Bu, tarixdə 48 yığmanın iştirak etdiyi ilk mundialdır. Dünyanın hazırkı çempionu 2022-ci ilin finalında Fransa milli komandasını məğlub edən Argentina yığmasıdır.
QAZİLER.AZ



