Braziliya millisi ABŞ-a daxil olarkən ciddi yoxlamadan keçirilib

Braziliya millisi ABŞ-a daxil olarkən ciddi yoxlamadan keçirilib backend

Futbol üzrə Braziliya millisinin nümayəndə heyəti Nyu-Cersiyə gələrkən Amerika xidmət orqanları tərəfindən ciddi şəkildə yoxlanılıb.

Qaziler.az xəbər verir ki, bu barədə "O Globo" məlumat yayıb.

Yoxlama proseduruna şəxsi əşyaların, ayaqqabıların yoxlanılması, həmçinin detektordan istifadə daxil olub. Yoxlama hava limanının binasında deyil, birbaşa uçuş-enmə zolağında həyata keçirilib.

Məlumatda qeyd olunub ki, bir həftə əvvəl Özbəkistan millisinin nümayəndə heyəti də analoji yoxlamalara məruz qalmışdı.

Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Hazırkı dünya çempionu, 2022-ci ilin finalında Fransa millisini məğlub edən Argentina yığmasıdır.

QAZİLER.AZ