Dünən İranın idman naziri Əhməd Donyamali Dünya Kuboku zamanı İran milli komandasının oyunları ilə bağlı açıqlama verib.
Qaziler.az xəbər verir ki, bu barədə IRIB xəbər agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, əgər oyunlar zamanı tribunalarda nalayiq şüarlar səsləndirilərsə və ya İran hakimiyyətinin tanımadığı bayraq və simvollar nümayiş etdirilərsə, komanda rəhbərliyi oyunun dayandırılmasını tələb edə bilər.
Donyamali bildirib ki, təşkilatçıların və təhlükəsizlik xidmətlərinin vəzifəsi oyunların normal şəraitdə keçirilməsini təmin etməkdir.
O qeyd edib ki, bu cür halların baş verəcəyi təqdirdə məsələ aradan qaldırılana qədər oyunun davam etdirilməsi mümkün olmaya bilər. Nazir əlavə edib ki, təşkilatçılar bütün təhlükəsizlik və təşkilati tələblərin yerinə yetiriləcəyinə dair təminat veriblər.
QAZİLER.AZ



