Lionel Messi Argentina millisinin əsas keyfiyyətini açıqlayıb

Lionel Messi Argentina millisinin əsas keyfiyyətini açıqlayıb backend

Futbolçu Lionel Messi bəyan edib ki, Argentina millisi yarı yolda dayanmır.

Qaziler.az xəbər verir ki, onun bu sözlərini sosial şəbəkələrdə “TyC Sports” yayıb.

"Əvvəl də dediyim kimi, bu komanda yarı yolda dayanmır. Hesab edirəm ki, biz bunu artıq istənilən rəqiblə oyunlarda sübut etmişik. Bu, həmişə daha çoxunu istəyən qalib komandadır", - deyə Messi bildirib.

2026-cı il dünya çempionatında Argentina Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaq.

2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

QAZİLER.AZ