ABŞ DÇ-2026-da iranlı azarkeşlər üçün kvotaları ləğv etdi

ABŞ DÇ-2026-da iranlı azarkeşlər üçün kvotaları  ləğv etdi backend

Futbol üzrə 2026-cı il dünya çempionatının təşkilatçıları turnirin başlamasına iki gün qalmış İranın azarkeş biletləri üçün nəzərdə tutulan kvotasını ləğv edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" portalında dərc olunan bəyanatda İran Futbol Federasiyası məlumat verib.

Bu, rəsmi olaraq elan edilmiş prosedura əsaslanaraq bir çox İran futbol azarkeşinin artıq oyunlara qatılmaq üçün lazımi planlar qurmasına baxmayaraq baş verib", - bəyanatda qeyd olunub.

Qrup mərhələsində İran Kaliforniyanın İnqlvud şəhərində Yeni Zelandiya və Belçika ilə, daha sonra isə Sietldə Misir yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

QAZİLER.AZ