Somalidən olan futbol hakimi Ömər Artanın ABŞ-a girişinə icazə verilməyib.
Qaziler.az bildirir ki, bu barədə 8 iyunda "The Daily Somalia" qəzeti məlumat yayıb.
"Somali futbol hakimi Ömər Əbdülqədir Artanın ABŞ-a girişinə icazə verilməyib və o, Mayami Beynəlxalq Hava Limanında saxlanıldıqdan sonra bazar ertəsi günü İstanbula qaytarılıb", - bu barədə X sosial şəbəkəsindəki paylaşımda qeyd olunub.
Məqalədə qeyd olunur ki, Artan diplomatik pasportla ABŞ-a gedib.
O, qarşıdan gələn futbol üzrə dünya çempionatında oyunları idarə etmək üçün seçilmiş afrikalı hakimlər arasında idi.
Artan bu yaxınlarda Mərakeşin Rabat şəhərində keçirilən Afrika Futbol Konfederasiyasının (CAF) mükafatlandırma mərasimində 2025-ci ilin Afrika hakimi seçilib.
Nə FİFA, nə də Somali Futbol Federasiyası hadisə ilə bağlı heç bir şərh verməyib.
QAZİLER.AZ



