Azərbaycan vətəndaşlığı alan rus idmançının oğlu xain adlandırıldı

Azərbaycan vətəndaşlığı alan rus idmançının oğlu  xain adlandırıldı backend

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşşenkonun həyat yoldaşı, musiqi prodüseri Yana Rudkovskaya 13 yaşlı oğlu Aleksandrın xain olmadığını bəyan edib.

Qaziler.az xəbər verir ki, onun sözlərini "Metro" nəşri sitat gətirib.

"Oğlumun Azərbaycan pasportu alması o demək deyil ki, o, kiməsə xəyanət edib.Əslində Saşa iki ölkəni təmsil edəcək - təkcə Azərbaycanı deyil, həm də Rusiya fiqurlu konkisürmə məktəbini. Çünki bizim “Anqelı Plyuşşenko” akademiyamız beynəlxalq statusludur və orada dünyanın 13 ölkəsindən uşaqlar məşq edir. İdman siyasətdən və sərhədlərdən kənardır!" - deyə o bildirib. 

Qeyd edək ki, mayın 21-də kütləvi informasiya vasitələrində Aleksandr Plyuşşenkonun idman vətəndaşlığını dəyişməsi barədə məlumat yayılıb. Fiqurçu beş il ərzində Azərbaycanı təmsil edəcək.

QAZİLER.AZ