Roman Qriqorçuk daha bir il “Qəbələ”də!

Roman Qriqorçuk daha bir il “Qəbələ”də! backend

“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.


Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017 mövsümünün sonunda başa çatacaq.

Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014-2015 mövsümündə Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015-2016 mövsümümdə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.
Diaspora