"Neftçi"nin keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib

"Neftçi"nin keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib backend

"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.

Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.