Minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub

Minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub backend

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Apasport.az xəbər verir ki, komandamız Ukrayna seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürüb

Millimiz oyuna qolla başlayıb. Mirmehdi Rzayevin qoluyla komandamız hesabda 1:0 önə keçib.

Görüşün son dəqiqələrində risk alan Ukrayna millisi qapıçını ön xətt oyunçusu ilə əvəzləyib. Boşluqdan istifadə edən mini futbolçularımız hesab arasındakı fərqi 2-yə çatdırıb. Oyunda başqa qol olmayıb: 2:0.

Bu nəticəylə minifutbol üzrə milli komandamız dünya çempionluğunun ardınca ikiqat Avropa çempionluğunu da rəsmiləşdirib.

Avropa çempionatı
Final

22:30. Azərbaycan - Ukrayna 2:0