Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 41 yaşlı hücumçusu Kriştianu Ronaldu 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının hazırlıqları üçün Portuqaliya millisinə qoşulub.
Qaziler.az xəbər verir ki, bu barədə məşhur futbol ulduzu özünü social hesabında paylaşım edib.
"Dünya missiyası başlayır", – deyə Ronaldu fotoşəkillər paylaşaraq sosial hesablarında yazıb.
Mundialın qrup mərhələsində Portuqaliya yığması Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikasının komandaları ilə qarşılaşacaq.
QAZİLER.AZ



