FİFА DÇ-2026-da taktiki fasilələri qadağan etdi

FİFА DÇ-2026-da taktiki fasilələri  qadağan etdi backend

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatında qapıçıların zədələnməsi səbəbindən yaranan fasilələrdən taktiki məsləhətləşmələr üçün istifadə edilməsinə qadağa qoyub.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Yeni qaydaya əsasən, qapıçıya tibbi yardım göstərilən zaman meydandakı oyunçular ehtiyat oyunçular skamyasına yaxınlaşa və məşqçi heyəti ilə ünsiyyət qura bilməyəcəklər. Bu yenilik vaxt uzadılmasının və bəzi baş məşqçilərin meydandakı taktikanı dəyişmək üçün əvvəllər istifadə etdiyi icazəsiz fasilələrin qarşısını almağa yönəlib.

FİFA həmçinin daha əvvəl hava şəraitindən asılı olmayaraq turnirin bütün oyunlarının hər hissəsində məcburi üçdəqiqəlik su fasilələrini təsdiqləyib.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.

QAZİLER.AZ