"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi zədə səbəbindən Honduras komandası ilə yoldaşlıq oyununu buraxacaq.
Qaziler.az xəbər verir ki, bu barədə jurnalist Qaston Edul məlumat verib.
MLS-də "Filadelfiya Yunion"a qarşı keçirilən matçda Messi hesab 4:4 olarkən görüşün 73-cü dəqiqəsində əvəzlənib və sol budunun arxa nahiyəsindən tutaraq dərhal otağa yollanıb.
2026-cı il Dünya Çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.
Messi Kataloniyanın "Barselona" klubunun yetirməsidir. O, əsas komandanın heyətində 2003-cü ildən 2021-ci ilə qədər çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib və 709 qol vurub.
Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisi ilə Dünya Çempionatını qazanıb, iki dəfə Amerika Kubokunun qalibi olub, həmçinin səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülüb.
QAZİLER.AZ



