Bu il veriləcək "Qızıl top" mükafatının təqdimat mərasiminin vaxtı bəlli olub.
Qaziler.az xarici mediaya istinadən xəbər verir ki, tədbir oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda keçiriləcək.
Mükafat 70 illik yubileyini qeyd edəcək. 1956-cı ildə ilk "Qızıl top"u ingilis futbolçu Stenli Mettyus qazanıb.
Xatırladaq ki, 2025-ci ildə Fransa millisinin və PSJ-nin futbolçusu Usman Dembele titula sahib çıxıb.



