Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Trend AFFA-ya istinadən məlumat verir ki, “İnter”dən dəvət edilən Nadir Qasımov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
Əvəzində iki futbolçu – Kamran Nəcəfəliyev (“Lokomotiv” Daşkənd, Özbəkistan) və Asim Abdullazadə ("FC92 Montrouge" Paris, Fransa) toplanışa dəvət olunub.
Bizi Twitter-dən izləyin: @trend_az