"Qarabağ" klubu üç futbolçusu ilə yollarını ayırıb.
Qaziler.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub.
"Qarabağ"da icarə əsasında çıxış edən Sami Mmae isə məxsus olduğu kluba (“Dinamo” – Xorvatiya) geri qayıdıb.



