Bu gün futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Bu gün futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək backend

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.

Qaziler.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la "Neftçi" İK üz-üzə gələcək.

Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

Final

21 may

16:00. "Araz-Naxçıvan" – "Neftçi İK"

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.

Ehtiyat hakim: İmran Məhərrəmov.

Hakim-inspektor: Əfqan Həmzəyev.

Bakı İdman Sarayı

İndiyədək "Neftçi" İK 7, "Araz-Naxçıvan" isə 6 dəfə ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Report.az