Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVII turunun qarşılaşmaları ilə bağlı qərarlar verilib. Müzakirələrdən sonra 3 klub ümumilikdə 2200 manat məbləğində cərimələnib.
“Rəvan”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “İnter” 1000 manat cərimə olunub. “Xəzər Lənkəran”la qarşılaşmada 5 oyunçusuna xəbərdarlıq edilən “Kəpəz”in də cəzası eyni olub.
“Sumqayıt”la matçın 90+1-ci dəqiqəsində qırmızı vərəqə alıb, “Qarabağ”ı azlıqda qoyan Raydell Pupon 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.