Azərbaycan II Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib. Çempionatın sonuncu, XXVII turunda səfərdə “Şəmkir” üzərində 1:0 hesablı qələbə qazanan "Xankəndi" mövsümü çempion kimi başa vurub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xallarının sayını 76-ya çatdıran komanda növbəti mövsümdə birbaşa I Liqada çıxış etmək hüququ əldə edib.
Mövsümü 71 xalla ikinci pillədə tamamlayan "Qaradağ Lökbatan" isə I Liqaya yüksəlmək uğrunda pley-off mərhələsində mübarizə aparacaq.
"Lökbatan" təmsilçisi I Liqanı 9-cu sırada başa vuracaq komanda ilə qarşılaşacaq. İki oyunun nəticəsinə əsasən qalib gələn tərəf, gələn mövsüm I Liqada iştirak hüququ qazanacaq.



