ABŞ İraqın 5 futbolçusuna viza vermədi

ABŞ İraqın 5 futbolçusuna viza vermədi backend

İraq millisinin beş futbolçusuna 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ vizası verilməyib.

Qaziler.az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.

İbrahim Bayeş, Mohamad Ali, Zaid Tahsin, Hayder Abdulkarim və Ali əl-Hamadi viza ala bilməyiblər. İmtinanın səbəbləri açıqlanmayıb. İraq artıq Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edib.

İraq qrupda Norveç, Seneqal və Fransa ilə qarşılaşacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.

QAZİLER.AZ