Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatı matçında "Əl-Hilal" ilə heç-heçədən sonra sosial şəbəkə hesablarında açıqlama verib.
Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
"Arzu çox yaxındır. Başınızı dik tutun, bizim etməli olduğumuz daha bir addım qaldı! Bu axşamkı möhtəşəm dəstəyə görə hamınıza təşəkkür edirəm", — deyə Ronaldo yazıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Bu matçda ilk qolu 37-ci dəqiqədə Kinqsli Komanın ötürməsi ilə Mohamed Simakan rəsmiləşdirib. Oyunun 90+8-ci dəqiqəsində isə Bento öz qapısına qol vurub (avtoqol).
Əgər "Əl-Nəsr" qalib gəlsəydi, Səudiyyə Ərəbistanı çempionluğunu qazanacaqdı. Hazırda "Əl-Nəsr"in aktivində 83 xal var, turnir cədvəlində ikinci sırada qərarlaşan "Əl-Hilal"ın isə 78 xalı mövcuddur.
Qeyd olunur ki, Ronaldo meydana start heyətində çıxsa da, məhsuldar hərəkətlərlə yadda qalmayıb.
QAZİLER.AZ



