“Neftçi”nin keçmiş baş məşqçisi Vlastimil Petrjela ölkəsi Çexiyada komandasını dəyişməyə hazırlaşır. Apasport.az saytının Çexiya mətbuatına istinadən məlumatına görə, 62 yaşlı mütəxəssis yüksək liqa klubu ilə anlaşmaq üzrədi.
Hazırda ölkəsində 2-ci divizion təmsilçisi “Qrafin Vlasim” klubunu çalışdıran Petrjela elitada mübarizə aparan “Banik”lə danışıq apardığını açıqlayıb. O, tezliklə Ostrava klubunun “sükan”ı arxasına keçə biləcəyini vurğulayıb. 16 turdan sonra sonuncu pillədə qərarlaşan “Banik” məhz Petrjelanın komandanı elitada saxlaya biləcəyini düşünür.
Qeyd edək ki, Vlastimil Petrjela 2007/08 mövsümünün ilk yarısında “Neftçi”ni çalışdırıb.