Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir. Trend-in məlumatına görə, "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edib. Oyunda cəmi bir qol qeydə alınıb. Nicat Qurbanovun 24-cü dəqiqədə vurduğu qol "Zirə"ni ikinci pilləyə (29 xal) yüksəldib.
Hazırda turnir cədvəlində "Qarabağ" 37 xalla lider, "İnter" və "Qəbələ" isə 27 xalla 3-4-cü yerləri bölüşürlər.
Tura sabah keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" və "Neftçi" - AZAL matçları ilə yekun vurulacaq.