Avropada Azərbaycan idmançılarına qarşı ədalətsizlik daha çox olur - İlham Əliyev

Avropada Azərbaycan idmançılarına qarşı ədalətsizlik daha çox olur - İlham Əliyev backend

Bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur.

Qaziler.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə deyib.

"Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir", - o deyib.