Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür backend

Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna bu gün start veriləcək.

Qaziler.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarış saat 12:00-da başlayacaq.

İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərəcəklər.

Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edəcəklər.

Avropa Kuboku mayın 3-də başa çatacaq.