Dünya Çempionatında sarı vərəqələrlə bağlı qaydalar dəyişdiriləcək

Dünya Çempionatında sarı vərəqələrlə bağlı  qaydalar dəyişdiriləcək backend

2026-cı il futbol üzrə dünya çempionatında qrup mərhələsinin, həmçinin 1/4 final mərhələsinin yekunlarına əsasən sarı vərəqələrin ləğv edilməsi (sıfırlanması) planlaşdırılır.

Qaziler.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri yazır.

Yazıda qeyd olunub ki, əvvəlki dünya çempionatlarında sarı vərəqələr yalnız dörddəbir final mərhələsindən sonra sıfırlanırdı.

Yeni qaydanın tətbiq edilmə istəyi dünya çempionatında ilk dəfə olaraq 48 komandanın iştirak etməsi ilə əlaqədardır.

QAZİLER.AZ