Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub backend

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Qaziler.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın iki yunan-Roma güşəşçisi qızıl medal qazanıb.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu adını qazanıb. Onun ardınca ötənilki turnirin qalibi Qurban Qurbanov (82 kq.) finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq.) bürünc medal uğrunda qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qadınların yarışında isə Günay Qurbanova (59 kq.) yarımfinalda ukraynalı dünya mükafatçısı Mariya Vinnikə 2:6 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda Marta Getmanova (UWW) ilə üz-üzə gələcək.

Elnurə Məmmədova (50 kq.) isə təsnifat mərhələsində polşalı Aqata Qoluçovskaya məğlub olaraq turniri medalsız başa vurub.

Qeyd edək ki, bundan öncə yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq.), Nihat Məmmədli (60 kq.) və İslam Abbasov (87 kq.) bürünc medal qazanıblar.