Azərbaycan güləşçisi Həsrət Cəfərov Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycan güləşçisi Həsrət Cəfərov Avropa çempionu olub -  YENİLƏNİB backend

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Qaziler.az "report"a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada türkiyəli Murat Fırata (7:5) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da Həsrət Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

20:11

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Qaziler.az "report"a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Suner Konunova (UWW) qalib gələrək (6:0) fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.