Avroliqada ŞOK alqı-satqı iddiası

Avroliqada ŞOK alqı-satqı iddiası backend

UEFA Avropa Liqasında qrup mərhələsində baş tutmuş “Skenderbeu” – “Lokomotiv” matçı haqqında şok iddialar ortaya atılıb. Apasport.az saytının məlumatına görə, bəhs edilən qarşılaşmanın danışılmış olması haqında şübhələr var.


Belə bir iddia ilə Avropada fəaliyyət göstərən totalizator şirkətlərinin təmsilçiləri tərəfindən qurulan “FederBet” şirkəti çıxış edib. Buna səbəb isə həmin matçın 88 və 90-cı dəqiqələrində vurulan 2 qol olub. Belə ki, oyun davam edərkən 77-ci dəqiqədə görüşün nəticəsinin 2.5 üst variantına Asiya qitəsində pul qoyuluşları birdən-birə artıb.

Bu isə kontorları şübhəyə salıb. Artıq UEFA-ya bu məsələ barəsində araşdırma etməsi üçün müraciət də ünvanlanıb.
Diaspora