Ukrayna Gimnastika Federasiyası Rusiya gimnastı İlteryakovanın mükafatlandırma mərasimindəki davranışına görə cəzalandırılmasını tələb edib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Ukrayna Gimnastika Federasiyası (UGF) rusiyal; gimnast Sofiya İlteryakovanın neytral statusunun ləğv edilməsini və Sofiya Dünya Kuboku mərhələsindəki nəticələrinin ləğv edilməsini tələb edib. Təşkilatın açıqlamasında bildirilir ki, buna səbəb onun mükafatlandırma mərasimindəki davranışıdır.
"Sofiya Dünya Kubokunda rəsmi mükafatlandırma mərasimi zamanı neytral idmançı S. İlteryakovanın Ukrayna bayrağından qəsdən üz döndərib və bununla da ölkəmizin milli simvoluna qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirib", - bəyanatda deyilir.
QAZİLER.AZ



