“Qalatasaray“da ciddi itki

“Qalatasaray“da ciddi itki backend

Türkiyə superliqasının 15-ci turunda "Beşiktaş"la qarşılaşan "Qalatasaray" ciddi itki ilə üzləşib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Burak Yılmaz zədələnərək sıradan çıxıb.

Əzələsini dartan Yılmaz oyunu davam etdirə bilməyib. Matçın 37-ci dəqiqəsində əvəzlənən 30 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Diaspora