Əli Həşimli Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib.
Qaziler.az xəbər verir ki, bu barədə Gənclər və İdman Naziliyindən məlumat verilib.
Bu, federasiyanın ümumi yığıncağında təsdiqlənib.
"Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası" İctimai Birliyinin ümumi yığıncağında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Sonra federasiyanın qanuni təmsilçisi Etibar Məmmədov qurumun fəaliyyəti barədə hesabatla çıxış edib. İctimai Birliyin adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub.
İctimai Birlik bundan sonra "Azərbaycan İdman Rəqsləri Federasiyası" adlandırılacaq.
Sonra federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Əli Həşimli federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv seçiliblər.
Sonda federasiya prezidenti Əli Həşimli çıxış edərək göstərilən etimada görə təşəkkür edib.



