Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2026-cı il üzrə "İdman səfirləri" müəyyənləşib.
"Report" xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped) növbəti il üçün "İdman səfiri" seçiliblər.
Qeyd edək ki, "İdman səfirləri" layihəsi ölkədə idmanın təbliği və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.



