Bu gün İsveçrənin Nyon şəhərində Futbol üzrə Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatma nəticəsində bütün 8 cütlüyün taleyinə aydınlıq gəlib.Çempionlar Liqası, 1/8 final
"Gent" (Belçika) - "Vofsburq" (Almaniya)
"Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)
"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)
PSV (Hollandiya) - "Atletiko" (İspaniya)
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə).
İlk oyunlar fevralın 16-17 və 23-24-də, cavab görüşləri isə martın 8-9 və 15-16-da keçiriləcək.