Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Bəhreyn və Səudiyyə Ərəbistanında növbəti aya planlaşdırılan "Formula 1" yarışları baş tutmaya bilər.
"Report" xəbər verir ki, bu barədə "Sky News" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, növbəti ay hər iki ölkədə Qran-pri keçirilməli idi: Bəhreyn yarışa aprelin 12-də, Səudiyyə Ərəbistanı isə aprelin 19-da ev sahibliyi etməli idi.
Regiondakı münaqişələrlə bağlı vəziyyət son günlərdə normallaşmadığı üçün qərarın yaxın 48 saat ərzində rəsmən elan ediləcəyi gözlənilir.
Daha əvvəl həmçinin bildirilib ki, mərhələlər ləğv ediləcəyi təqdirdə "Formula 1" onları mövsümün təqvimindəki digər yarışlarla əvəz etməyi planlaşdırmır.



