İranın milli yığma komandası futbol üzrə 2026-cı il dünya çempionatında iştirakdan imtina edib.
Qaziler.az bildirir ki, bu barədə İslam Respublikasının idman naziri Əhməd Donyamali bunu martın 11-də açıqlayıb.
O, ABŞ və İsrailin hücumları nəticəsində minlərlə mülki şəxsin öldüyünü və İranın "iki müharibəyə məcbur edildiyini" bildirib.
Fevralın 28-də İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, ABŞ və İsrailin ölkəyə qarşı hava hücumları səbəbindən İran milli komandası 2026-cı il FİFA Dünya Kubokunda iştirak etməyə bilər.
QAZİLER.AZ



