Azarkeşlər "İnter Mayami" və Argentina milli komandasının hücumçusu Lionel Messini Ağ Evə səfərindən və ABŞ prezidenti Donald Trampla görüşdən sonra Yaxın Şərqdə hərbi əməliyyatları dəstəkləməkdə ittiham ediblər.
Qaziler.az “Gazeta.Ru”ya istinadla xəbər verir ki,
Futbol əfsanəsinin klub komanda yoldaşları ilə birlikdə Trampı İrandakı əməliyyatla bağlı çıxışı zamanı alqışlaması azarkeşlərin mənfi reaksiyasına səbəb olub.
"Ümid edirəm ki, Dünya Kubokunu uduzarsan"; <…> "Mən bir kumirimi itirdim"; <…> "Maradona bunu etməzdi!"; <…> "Bağışla, qardaş, səni izləməkdən çıxmalıyam" - deyə şərhçilər rəy yazıblar.
QAZİLER.AZ



