İran komandası İtaliyada keçiriləcək Paralimpiya Oyunlarından imtina edib

İran komandası İtaliyada keçiriləcək Paralimpiya Oyunlarından imtina edib backend

İran milli komandası ABŞ və İsrailin hücumları səbəbindən İtaliyada keçiriləcək Paralimpiya Oyunlarından imtina edib.

Qaziler.az bildirir ki, Beynəlxalq Paralimpiya Komitəsi (BPK) bu barədə 6 mart tarixində öz saytında məlumat verib.

"Beynəlxalq Paralimpiya Komitəsi (BPK) cümə günü (6 mart) günortadan sonra İranın Milli Paralimpiya Komitəsinin (MPA) Milan və Kortina d'Ampezzoda keçiriləcək 2026-cı il Qış Paralimpiya Oyunlarında iştirak etməyəcəyini təsdiqlədi", - deyə açıqlamada bildirilir.

İranı iki xizək yarışında Əbülfəzl Xətibi Mianai təmsil etməli idi. Lakin, ABŞ-İsrail-in İrana qarşı davam edən hücumlar səbəbindən idmançının İtaliyaya təhlükəsiz şəkildə gedə bilmədiyi açıqlanıb.

BPK prezidenti Endryu Parsons təşkilatın və təşkilat komitəsinin alternativ yollar tapmağa çalışdığını, lakin "həyat üçün riskin çox yüksək olduğunu" bildirib.

Paralimpiya Oyunlarında 55 ölkədən ümumilikdə 611 idmançı iştirak edəcək. 

QAZİLER.AZ