Braziliya millisinin sabiq yarımmüdafiəçisi Jilberto Silva futbolçu karyerasını başa vurub.
Qol.az-ın məlumatına görə, 39 yaşlı futbolçu yerli mətbuata açıqlamasında artıq yaşlandığını deyib."Arsenal"ın heyətində İngiltərə çempionu olan Silva 2002-ci ildə Braziliya millisi ilə dünya kubokunu başı üzərinə qaldırıb. "Atletiko Mineyro"nun heyətində isə Libertadores Kubokunun qalibi olub.
- See more at: http://teleqraf.com/news/80032#sthash.OewL23hK.dpuf