"Qarabağ" bu gün "Nyukasl"la qarşılaşacaq

"Qarabağ" bu gün "Nyukasl"la qarşılaşacaq backend

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İngiltərədə "Nyukasl"la üz-üzə gələcək.

Oyuna saat 00:00-da start veriləcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

00:00. “Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)
“Sent Ceyms Park” stadionu
Baş hakim: Davide Massa
Baş hakimin köməkçiləri: Filippo Meli, Stefano Alassio
Dördüncü hakim: Luka Pairetto
VAR: Daniele Kiffi (İtaliya)
AVAR: Kristian Dingert (Almaniya)