Mariya Stadnikə vəzifə verildi

Mariya Stadnikə vəzifə verildi backend

Dördqat olimpiya mükafatçısı Mariya Stadnik U-15 və U-17 yaş qrupu üzrə Azərbaycan millisinin böyük məşqçisi vəzifəsinə təyin edilib.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıblar.

Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U-23 milli komandasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.