Çexiya nümayəndə heyəti İtaliyada keçirilən Qış Paralimpiya Oyunlarının açılış mərasimindən imtina edib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Qərara məhdudiyyətlərin aradan qaldırılması və Rusiya idmançılarının yarışlara buraxılması səbəb olub.
Qeyd olunub ki, Çexiyanın rəsmi etirazı Beynəlxalq Paralimpiya Komitəsinin Rusiya idmançılarının oyunlarda neytral, lakin milli simvollarla iştirak etməsinə icazə vermək qərarından irəli gəlir. Çexiya Paralimpiya Komitəsinin mətbuat xidmətinin məlumatına görə, artıq altı Rusiya idmançısı yarışlara dəvət alıb.
“Nümayəndələrimiz Veronadakı açılış mərasimində iştirak etməyəcək, Kortina d'Ampezzoda bayraqdarlarımız olmayacaq və idmançıların müraciətlərini geri götürməyəcəyik”, - Çexiya Paralimpiya Komitəsinin mətbuat xidməti açıqlamasında bildirib.
Qeyd edək ki, Paralimpiya Oyunları 6-15 mart tarixlərində keçiriləcək.
QAZİLER.AZ



