İtaliya Paralimpiya Komitəsi Rusiya idmançıları üçün neytral bayraqdan danışıb

İtaliya Paralimpiya Komitəsi Rusiya idmançıları üçün neytral bayraqdan danışıb backend

İtaliya Paralimpiya Komitəsi fevralın 20-də açıqlama verib ki, Rusiya idmançılarının Milanda keçiriləcək Paralimpiya Oyunlarında neytral bayraq altında və dövlət himni olmadan iştirakına dair mövqeyini qoruyur.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.

"İtaliya Komitəsi Rusiya və Belarus idmançılarının neytral əsasda iştirakını dəstəklədiyini bildirdi", - RİA Novosti bəyanatın mətnini sitat gətirir.

Komitə xatırladıb ki, müvafiq mövqe Seulda keçirilən Beynəlxalq Paralimpiya Komitəsinin 22-ci Baş Assambleyasında da səsləndirilib. Həmin vaxt İtaliya tərəfi Rusiya və Belarus idmançılarının neytral əsasda iştirakını dəstəkləyib.

QAZİLER.AZ