Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün "Anderlext"lə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Bakıda belçikalılara qalib gələn Ağdam klubu səfərdə də eyni nəticəni göstərmək iddiasında idi.
Matça fəal başlayan Qurban Qurbanovun yetirmələri hesabı açan tərəf oldu. Ancaq 26-cı dəqiqədə rəqib qapısının torunu silkələyən Dani Kintana sevinib qurtarmağa macal tapmamış belçikalılar hesabı bərabərləşdirdi."Qarabağ" özünə gəlməmiş rəqib daha bir dəfə fərqlənərək bir anda üstün tərəf oldu.
Matçın sonrakı gedişatında dəfələrlə cəhd etməsinə baxmayaraq, "köhlən atlar" səfərdən məğlubiyyətlə dönməli oldu.
Paralel keçən oyunda "Monako"nun da məğlub olması ilə şansları bir az da artan ağdamlılar təəssüf ki, bu oyunda sensasiya etməyə özündə güc tapa bilmədi.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr
J qrupu
“Anderlext” (Belçika) – “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Eddi Najar, 27, Okaka, 31 - Dani Kintana, 26
Baş hakim: Slavko Vinçiç
Brüssel. Konstant Vanden Stok stadionu