Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının məşqlərinə qayıdıb.
Qaziler.az xəbər verir ki, bu haqda “A Bola” nəşri məlumat yayıb.
Belə ki, dərc olunmuş məlumata görə, hücumçu qarşıdakı matçda – fevralın 11-də keçiriləcək Türkmənistanın Arkadağ komandasına qarşı Asiya Çempionlar Liqası oyununda oynamayacaq. Onun fevralın 14-də Səudiyyə Ərəbistanı liqasında “Əl-Fateh” komandasına qarşı matçda meydana qayıtması planlaşdırılır.
Bundan əvvəl media orqanları Ronaldonun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubun idarəçiliyindən narazı olduğunu bildirmişdi. Mediada yayılan məlumatlara görə, Ronaldo fondun komandasına nəzarət etdiyi digər klublara, xüsusən də Əl-Hilala nisbətən daha az diqqət və resurs ayırdığına inanır. Bu siyasətə etiraz olaraq komanda kapitanı fevralın 2-də Əl-Riyadla matçda meydana çıxmaqdan imtina edib. Bu, mediada oyunçunun Əl-Nəsrdən ayrıla biləcəyi ilə bağlı xəbərlərə səbəb olub.
QAZİLER.AZ



